“Bu mitinq kimə lazım idi?”

“Bu mitinq kimə lazım idi?”
  08 Aprel 2017    Oxunub:3292
“Əli Kərimlinin 8 aprel mitinqi bütün günü sosial şəbəkədə gülüş, lağlağı obyektinə çevrildi. Yüzlərlə insan aksiyanı məsxərəyə qoyurdu. Hətta ölkənin tanınmış jurnalistləri belə ironiyalarını gizlədə bilmirdilər. İndi sual olunur: Əli Kərimli, bu şou kimə lazım idi?”

Bu sözlər BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıya məxsusdur. O, bildirib ki, “Azadlıq” radiosunun fb səhifəsində canlı yayımda mitinqin təxminən 1400 nəfər izləyiçi var idi: “Həqiqətən aksiyaya çox az adam qatılmışdı. Demək olar ki, yarıdan çoxu mollalar idi. Bu fakt sübut edir ki, Əli Kərimlinin İran ilə birbaşa əlaqəsi var. Çünki İranın molla rejimininin razılığı olmasa, bu adamlar Əli Kərimlinin mitinqinə gəlməzlər. Əli Kərimli Qənimət Zahidi İrana boş yerə göndərməmişdi.

Digər tərəfdən, fecebook sosial şəbəkəsində ən çox yazılan statuslar onunla bağlı idi ki, Əli Kərimli mitinqi arayış satmaq üçün edir. Bilirsiniz ki, Əli Kərimlinin yaxın şəxsi olan və hazrda Hollandiyada yaşayan Fikrət Hüseynli bu işlə məşğuldur. Avropada yaşamaq üçün saxta partiya arayışı alan şəxslərin özlərinin veridyi məluata görə, bir müddət keçdikdən sonra necə aldandıqlarını bilirlər.

Onu da əlavə edim ki, Xədicə İsmayıl şərt qoymuşdu ki, Eldəniz Quliyev mitinqin təşkilat komitəsinə salınmasın. Əli Kərimli də Xədicə İsmayılın qorxusundan Eldəniz Quliyevi nəinki mitinqin təşkilat komitəsinə salmadı, heç tribunaya çıxmağa da qoymadı. Bu, göstərir ki, Əli Kərimli sözün həqiqi mənasında Xədicə İsmayıldan qorxur”.


Teqlər: #Mitinq   #MilliŞura  





Xəbər lenti