Nardaranda avtomat, qumbara tapılıb

Nardaranda avtomat, qumbara tapılıb
  06 Aprel 2017    Oxunub:1207
Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən "Hacı Əbdül" hamamına baxış zamanı oradan silah-sursat aşkar edilib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Əldə edilən əməliyyat məlumatı əsasında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən "Hacı Əbdül" hamamına baxış zamanı oradan "AKS" markalı silah, 50 ədəd müxtəlif çaplı patron, 1 patron darağı, 4 ədəd "F-1" qumbarası, 2 qumbara alışqanı və dini mərasimlərdə istifadə olunan zəncir aşkar edilərək götürülüb.

AzVision.az



Teqlər: DİN   Nardaran  





Xəbər lenti