Kim Çen In yeni raketi sınaqdan keçirdi

Kim Çen In yeni raketi sınaqdan keçirdi
  05 Aprel 2017    Oxunub:1194
Şimali Koreya Yapon dənizi istiqamətində növbəti ballistik raketini buraxıb. 
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sakit okean komandanlığı məlumat yayıb.

Məlumata əsasən KXDR orta mənzilli ballistik raketi sınaqdan keçirib. Raketin 60 km məsafədə hədəfi vurduğu iddia edilir.

Yaponiya hökuməti Şimali Koreyanın növbəti dəfə ballistik raketini sınaqdan keçirməsini pisləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Koreya  





Xəbər lenti