İŞİD liderlərindən biri öldürüldü

İŞİD liderlərindən biri öldürüldü
  04 Aprel 2017    Oxunub:1196
İraqın güc strukturları Mosulda İŞİD terror qruplaşmasının başçılarından birini, Rusiya vətəndaşı olduğu güman edilən Abu Muhacir ar-Rusini öldürüblər.

"RİA Novosti"nin verdiyi məlumata görə, yaraqlı terrorçuların Mosulun “Köhnə şəhər” kimi tanınan ərazisində yerləşən komanda məntəqələrindən birində məhv edilib.

“Dronların köməyi ilə dəqiq artilleriya atəşi nəticəsində İŞİD-in iki lideri öldürülüb. Onların arasında Abu Muhacir ar-Rusi ləqəbi ilə tanınan komandir, həmçinin onun 6 köməkçisi var”, - deyə federal polis rəhbərinin müşaviri Abdurahman al-Abidin bildirib.

Onun sözlərinə görə, hələlik məhv edilən terrorçunun əsl adı və vətəndaşlığı barədə dəqiq məlumat yoxdur. Bununla belə, ləqəbindən onun Rusiya əsilli olduğu ehtimal edilir.

AzVision.az


Teqlər: İŞİD  





Xəbər lenti