AXCP və Müsavat saxta vəsiqələr satır - Yeni faktlar açıqlandı

AXCP və Müsavat saxta vəsiqələr satır - Yeni faktlar açıqlandı
  04 Aprel 2017    Oxunub:8736
“Saxta partiya vəsiqələri ilə Avropa ölkələrinə, o cümlədən Almaniyaya gedən azərbaycanlıların sayı çoxluq təşkl edir”. Bunu AzVision.az-a Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev deyib.
Onun sözlərinə görə, azərbaycanlılar Avropaya “siyasi mühacir” kimi daha çox Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) saxta üzvlük vəsiqələri ilə gedirlər.

“Apardığım araşdırma və danışdığım şəxslərin verdiklərinə görə, həmin partiyalarda bununla məşğul olan xüsusu insanlar var. Onların kim olduqlarını deyə bilmərəm, Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Bildiyim odur ki gənclərin çoxu saxta vəsiqələrlə Avropa ölkələrinə üz tutur. Onlar Azərbaycanda guya siyasi təzyiqlərə məruz qaldıqlarını iddia edirlər. Siyasi mühacir status alan şəxlər Azərbaycan əleyhinə aksiyalarda iştirak etməsələr, miqrant kimi yaşadığı ölkənin hüquq-mühafizə orqanlarına məlumat verilr ki, onlar siyasi fəaliyyətdə aktiv deyillər. Buna görə də siyasi mühacir adı altında gələnlər həmin aksiyalarda iştirak edirlər”.

R.Quliyev bildirib ki, saxta partiya vəsiqələri ilə xaricə mühacir göndərmək alver predmetinə çevrilib.

“Yalançı üzvlük vəsiqələri ilə Avropaya insanları göndərirlər və bəzi partiya üzvləri, xüsusilə partiya rəhbərinə yaxın şəxslər bundan pul qazanırlar. Bunu tam səmimiyyətimlə və məsuliyyətimlə deyirəm. Burada yaşayan həmvətənlərimiz də bunu bilirlər, sadəcə müəyyən məsələyə görə dinib danışa bilmirlər, səslərini çıxara bilmirlər. Siyasi müxalifət ölkə daxilində fəaliyyət göstərməlidir, Azərbaycan daxilində baş verən hadisə burada olan almanı, ingilisi, fransızı maraqlandırmır, sadəcə siyasi mərkzələr Azərbaycana qarşı siyasi, iqtisadi divident əldə etmək üçün bundan istifadə edirlər və adamlar da özləri bilmədən siyasi alətə çevrilirlər”.

Diaspor rəhbəri qeyd edib ki, Avropada Azərbaycan əleyhinə aksiyalarda iştirak edənlərin 80-90 faizi yeni gələn siyasi mühacirlərdir. “Həmin aksiyalarda şəkil çəkdirib, olduqları dövlətə bu haqda məlumat verirlər ki, Azərbaycan əleyhinə aksiyalarda iştirak etdiklərinə görə təzyiqlər olacaq və bu səbəbdən oturum ala bilsinlər. Bəzi hallarda bu metod işə yarayır, bəzən yox. Bu, qərar qəbul edən məmurdan asılıdır. Azərbaycanda fəaliyyəti olmayıb, bura gələndən sonra bir-iki aksiyada iştirak edənlərə çox hallarda oturum verilmir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Avropa   AXCP   Müsavat   Mühacir   Vəsiqə  





Xəbər lenti