Ermənistandakı seçkidə ciddi qanun pozuntuları - Siyahı (Video)

Ermənistandakı seçkidə ciddi qanun pozuntuları - Siyahı (Video)
  03 Aprel 2017    Oxunub:2126
“Transparency International” antikorrupsiya mərkəzi Ermənistanda keçirilən parlament seçkilərində ciddi qanun pozuntularının aşkarlanması ilə bağlı bəyanat verib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Mərkəzin proqram rəhbəri Varujan Oktanyan seçkilərdə inzibati resurslardan sui-istifadə monitorinqinin nəticələrini açıqlayarkən deyib ki, martın 13-dən 24-dək olan dövrdə seçkidən əvvəl seçici səslərinin satın alınması və ya rüşvət verilməsi ilə bağlı 100-dən çox fakt qeydə alınıb.

Eyni zamanda Zeytunda ciddi qanun pozuntusu qeydə alınıb. Belə ki, 3/32 saylı seçki məntəqəsində 500 kupon möhürlənməyib.



Bundan başqa “Yelk İttifaqı” yeni seçki pozuntularını açıqlayıb. Saat 14։00-19:00 dəqiqələrində “Yelk” ittifaqı aşağıdakı sçki məntəqələrində seçki pozuntuları qeydə alıb.

– 7/42 seçki məntəqəsində (3 saylı seçki dairəsi, Malatia-Sebastasiya) Yelk ittifaqının nümayəndəsini uzaqlaşdırıblar.

– 25/11 seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Katnarad) möhür yoxa çıxıb. Nümayəndənin tələbi ilə polis çağırıldı.

– 24/01 seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Quqark) seçicilər seçki kabinəsindən bülletenləri zərfin icinə qoymadan cıxdı və seçkilərin gizliliyini pozdular.

– 9/16 seçki məntəqəsində Respublikaçı müşahidəçi Minasyan Larisa insanları yönləndirir.

– 7/49 seçki məntəqəsində (3 saylı seçki dairəsində, Malatia-Sebastasia) komissiya katibi bülletenlərlə dolu sandığı ərazidən çıxarıb, daha sonra geri gətirilməsi ilə bağlı qeydiyyat aparmaqdan imtina edib.

– 17/03, 17/04, 17/05 (7 saylı seçki dairəsində, Araqatsodn, Aştarak) seçki məntəqələrinin elektriklərini kəsiblər.

– 33/15 seçki məntəqəəsində (11 saylı seçki dairəsində, Şirak vilayəti, Aryevşad) respublikaçıların nüamyəndələri zərfləri açaraq bütün səsvrməmələri yoxlayıb. Yalnız respublikçılara səs verən seçicilərin səslərini zərfini seçki qutusuna atırlar.

-13/18 seçki məntəqəsində (5 saylı seçki dairəsində, Ararat, Sisavan) icamasının rəhbərinin qardaşı oğlu 3-cü dəfə səs verməyə cəhd edib. Komissiya sədri hadisəni qeydiyyata almaqdan imtina edib.

– 21/29 seçki məntəqəsində (8 saylı seçki dairəsində, Qeğarkunik, Zolakar) "Martuni Qadınlarının İctimai Şurasının" müşahidəçisini döyərək məntəqədən uzaqlaşdırıblar.

– 4/26 և 4/35 seçki məntəqəsində (2 saylı seçki dairəsində, Arabqir) iki dəfə səsverməyə cəhdin qarşısı alındı..

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti