Erməni kişi seçki vaxtı qadına "çevrildi" - VİDEO

Erməni kişi seçki vaxtı qadına "çevrildi" - VİDEO
  02 Aprel 2017    Oxunub:25419
Ermənistanda keçirilən parlament seçkilərində kuryoz olay baş verib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səsvermə zamanı elektron qurğu vasitəsilə kişi qadına "çevrilib".
Aşağıda göstərilən videoda bu açıq şəkildə sübut olunur. Seçicinin məlumatlarını elektron qurğuya daxil edən nəzarətçi həmin şəxsin əvəzinə qadın şəxsiyyətini təstiq edən məlumat ortaya çıxarır.

Nəticədə, bu hadisə onu deməyə əsas verir ki, seçicilər elektron qurğuların köməkliyi ilə bir neçə dəfə səsvermə prosesində iştirak edə bilirlər.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki   Saxtakarlıq  





Xəbər lenti