Avtobuş maşınla toqquşdu,yaralılar var

Avtobuş maşınla toqquşdu,yaralılar var
  28 Avqust 2013    Oxunub:942
Hadisə Bakı-Sumqayıt yolunda baş verib
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində (Bakı-Sumqayıt yolunda) VAZ markalı minik avtomobili və “DAEWOO” markalı sərnişin avtobusu toqquşub.Nəticədə VAZ markalı minik avtomobili deformasiyaya uğrayıb.Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, VAZ markalı minik avtomobilinin sürücüsü vətəndaşlar tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti