Ermənilərin 2017-ci ildəki itkiləri – SİYAHI

Ermənilərin 2017-ci ildəki itkiləri – SİYAHI
  02 Aprel 2017    Oxunub:12465
2017-ci ilin yanvarından bu günə qədər (aprelin 1-dək) Ermənistan ordusu müxtəlif döyüş şəraitlərində itkilərə məruz qalıb.

Fevral-mart aylarında daha çox itki verən işğalçı Ermənistan ordusu növbəti dəfə mətbuat vasitəsilə daxili auditoriyanı aldatmağa hesablanan siyahı tərtib edib.

Belə ki, erməni mətbuatı 7 müqaviləli, 7-i isə müddətli olmaqla 14 hərbi qulluqçusunun ölməsi haqqında həqiqəti əks etdirməyən məlumat yayıb. İddia olunub ki, onlardan yalnız 7-si Azərbaycan ordusu tərəfindən məhv edilib:

Qarik Vardanyan
Arayik Sarqsyan
Andranik Musikyan
Karen Ulubabyan
Şavarş Qalstyan
Qor Qareqinyan
Qeğam Manukyan
Qareqin Minasyan
Qareqin Arqamyan
Lernik Osyan
Qor Xudinyan
Nver Babacanyan
Ardak Rafaelyan
Qor Hovhannisyan

Qeyd edək ki, düşmən cari ildəki döyüş itkilərini şmol qazından zəhərlənmə, hərbi nəqliyyat vasitələrinin dərəyə yuvarlanması, qəlpə yarası, hərbi hissə şəraitlərində naməlum ölümlərlə əlaqələndirərək ordumuz tərəfindən istər aprel döyüşlərində, istərsə də hazırkı döyüş əməliyyatlarında məhv edilən yüzlərlə cəsədi daxili cəmiyyətindən gizlədir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Döyüş   Qarabağ  





Xəbər lenti