`Əli Kərimli mitinqi ona görə edir ki...`

`Əli Kərimli mitinqi ona görə edir ki...`
  30 Mart 2017    Oxunub:4684
“Əli Kərimlinin mitinq keçirmək istəyi birbaşa özünün şəxsi biznesi ilə bağlıdır. Hər kəsə aydındır ki, Kərimli bu mitinqi Avropa getmək istəyən insanlara partiya arayışı satmaq üçün keçirir”.

Bu sözləri AzVision.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Avropada yaşamaq istəyənlərin “mühacir” statusu alması üçün ən asan yol mitinqdə çəkilən fotolardır: “İndi də həmin adamların mitinqdə şəkillərini çəkdirməsi üçün Əli Kərimli aprel 9-na mitinq təyin edib. Faktik olaraq, bu qurum “siyasi mühacir” və “siyasi məhbus” alveri ilə məşğuldur. Bir müddət əvvəl xaricdə yaşayan azərbaycanlılar AXCP-nin saxta partiya vəsiqəsi və arayışı satması faktını ifşa etmişdilər. AXCP üzvünün bir necə adamdan “mühacir” statusu alması müqabilində 2500 dollar istəməsilə bağlı səs yazıları, hesabına ödənilmiş vəsait qəbzləri ortaya çıxdı. Ona görə də bu gün heç kimdə şübhə yoxdur ki, Əli Kərimli yenə Avropaya bir qrup insanı göndərmək üçün bu cür yola əl atır”.

Orduxanlının sözlərinə görə, bəzən sözügedən mitinqlərdə bir sıra adamlar özləri polis orqanlarının nümayəndələrindən xahiş edirlər ki, polis maşınında oturub, şəkil çəkdirməyə icazə versinlər: “Buna görə, polisə rüşvət də təklif edən olub. Avropaya gedən kimi həmin polis maşınında çəkdirdikləri şəkilləri AXCP-nin veridyi saxta partiya arayışı ilə müvafiq qurumlara təqdim edirlər. Beləliklə, guya bu adamlar “siyasi mənsubiyyətinə görə təqibə məruz qaldıqlarını” “sübut” etmiş olurlar”.



Teqlər: #Mitinq   #MilliŞura   #AXCP  





Xəbər lenti