İstehlak kreditləri kəskin azalıb

  30 Mart 2017    Oxunub : 862
İstehlak kreditləri kəskin azalıb
“2016-cı ildə istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub. İstehlak kreditləri 20%, təxminən 1,2 milyard manat azalıb”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı deyib. Sədr bildirib ki, bu, nominal azalmadır və real azalma daha çoxdur:

“Çünki, portfelin yarısı xarici valyuta idi. Biz məhdudiyyətləri tətbiq edəndən sonra xarici valyutada istehlak kreditlərinin həcmi azalıb. Ötən il istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub".

Anar Kəlbiyev
AzVision.az

Teqlər: kredit   RüfətAslanlı   xaricivalyuta