Elektron sınaq imtahanlarının vaxtı açıqlanıb

Elektron sınaq imtahanlarının vaxtı açıqlanıb
  29 Mart 2017    Oxunub:1339
Aprelin 1-dən 9-dək keçiriləcək ödənişli elektron sınaq imtahanlarına yazılış davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az-a bildirilib ki, bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq. Test nümunələri imtahan fənləri üzrə qəbul proqramına və imtahan modelinə tam uyğun hazırlanıb.

Abituriyentlər elektron sınaq imtahanlarında iştirak etməklə qəbul imtahanlarına hazırlıq səviyyələrini yoxlayacaq, testlərlə işləmək vərdişlərini artıracaqlar. Sınaq imtahanları abituriyentlərə imtahandan sonra yenidən test suallarına baxmaq, onları təhlil etmək, öz cavablarını etalon cavablarla müqayisə etmək imkanı da yaradır.

Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər DİM-in imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. Ödəniş (10 manat) qaydaları ilə saytda tanış olmaq mümkündür.

İmtahan müddəti 3 saatdır. Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

AzVision.az


Teqlər: sınaqimtahanı   DİM  





Xəbər lenti