TQDK qəbul olanların sayını açıqladı

TQDK qəbul olanların sayını açıqladı
  27 Avqust 2013    Oxunub:935
İmtahanda 36997 abituriyent iştirak edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il avqustun 25-də 2013/2014cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.

AzVision.az TQDK-nın rəsmi səhifəsinə istinadən xəbər verir ki, nəticələr avqustun 27-də saat 17:00-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Abituriyentlərdən 52 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunmuş və nəticələri ləğv olunub.

Abituriyentərdən 13661 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olanlar avqustun 29-dan sentiyabrın 6-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.


Teqlər:





Xəbər lenti