"Qarabağ" Almaniyaya gedə bilmədi

"Qarabağ"  Almaniyaya gedə bilmədi
  27 Avqust 2013    Oxunub:1214
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Ayntraxt"la qarşılaşacaq "Qarabağ"ın bu gün Almaniyaya nəzərdə tutulan səfəri təxirə salınıb.

AzVision.az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, buna Almaniya hava yollarının bugünkü çarter reysinə icazə verməməsi səbəb olub. Bu səbəbdən "Qarabağ" klubu Frankfurt şəhərinə sabah yola düşəcək.

Qeyd edək ki, Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti