Azərbaycan Koreyadan silah alacaq

Azərbaycan Koreyadan silah alacaq
  27 Avqust 2013    Oxunub:4072
Azərbaycan Cənubi Koreyadan böyük miqdarda müasir silah alacaq. Bu barədə Cənubi Koreyanın “Hankook İlbo” qəzeti ölkə parlamentindəki mənbəyə istinadən məlumat verib. Məlumatda bildirilir ki, Bakının Cənubi Koreyanın silah və texnikasına marağı koreyalı parlamentarilərin Azərbaycana səfəri ərəfəsində səsləndirilib.

Azərbaycan Koreyadan ümumi dəyəri 3 milyard dollar olan iki sualtı qayıq, eskadra mina gəmisi, nəqliyyat gəmisi, səsdən surətli “T-50” təlim təyyarələri, dünyada ən yaxşı hesab olunan 155 mm-lik “K-9” özüyeriyən artilleriya qurğusu, vertolyotlar, pilotsuz uçuş aparatları, odu ram edən sistemlər almaq niyyətindədir.

Koreyanın yerli qəzeti bildirib ki, Ermənistanın nəzarəti altında olan işğal olunmuş Dağlıq Qarabağ ərazisinə görə silahlar Bakıya Yerevanla qarşıdurmaya görə lazımdır. Bundan başqa alınan silahlar Azərbaycanın öz silahlı qüvvələrini gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, silahların göndərilməsi barədə danışıqlar hələ başlamayıb. Bəzi koreyalı silah istehsalçıları hesab edir ki, bu cür böyük partiyada silah ixracı Cənubi Koreyanın dünyada silah təchizatçısı kimi imicini möhkəmləndirəcək.

Seul böyük partiyada silahların ixrac edilməsi məsələsində bir çox məsələlərə görə ehtiyatlanır. Belə ki, Cənubi Koreya həmçinin Dağlıq Qarabağ məsələsinə görə Ermənistan və Azərbaycanla münasibətlərdə mövqeyi və regionda xüsusi marağı olan Rusiya ilə münasibətləri korlamaq istəmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti