`MSK İlqar Məmmədova humanistlik edib`

`MSK İlqar Məmmədova humanistlik edib`
  27 Avqust 2013    Oxunub:1230
`İlqar Məmmədovun bizi məhkəməyə verməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına(MSK) heç bir bildiriş daxil olmayıb. Biz də mətbuatdan oxumuşuq`.

Bu sözləri AzVision.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev REAL hərəkatının sədri, prezidentliyə namizədliyi irəli sürülmüş İlqar Məmmədovun MSK-nı məhkəməyə verməsinə münasibət bildirərkən deyib.

A. Sarıyev bildirib ki, MSK İlqar Məmmədova qarşı humanist addım ataraq, onun sənədlərinin qəbul müddətini uzadıb :`Bizim tərəfimizdən humanizm mövqeyi nümayiş olundu. Onun sənədlərinin vaxtını uzatdıq. Amma onlar da bizi məhkəməyə verir. Qanunun tələblərinə uyğun hərəkət etsəydik, İlqar Məmmədovun sənədləri ümumiyyətlə, qəbul olumayacaqdır. Birincisi,onun sənədini bizə təqdim edən şəxs səlahiyyətli nümayəndə deyildi. İkincisi, onun məktubu təcridxanadan çıxanda təcridxana rəhbərliyinin möhürü ilə təqdim olunmalı idi. Bu məktub qanuni nöqteyi nəzərdən anonim sayılır.Üçüncüsü, sənədlərinin hazırlanmasında qanun pozuntusuna yol verilib. Sənəddə kifayət qədər qüsurlar var. Biz onun digər iddialı şəxslərlə bərabər situasiyada olmadığını nəzərə alıb, ona əlavə bir imkanlar yaratdıq ki, yenidən sənədlərini qaydaya salıb, MSK – ya müraciət etsin`.

Qeyd edək ki, Avqustun 26-da REAL hərəkatının sədri, prezidentliyə namizədliyi irəli sürülmüş İlqar Məmmədovun vəkili və səlahiyyətli nümayəndəsi Xalid Bağırov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. Şikayət İlqar Məmmədovun MSK-ya müraciəti əsasında çıxarılan qərarla bağlıdır.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti