“Real”, “Barselona” və “Bavariya”nın futbolçuları Bakıya gəlir

  17 Mart 2017    Oxunub : 1494
“Real”, “Barselona” və “Bavariya”nın futbolçuları Bakıya gəlir
Almaniya millisinin martın 22-də İngiltərə ilə yoldaşlıq, 26-da Azərbaycanla seçmə oyunları üçün milliyə çağırılacaq oyunçuların siyahısı açıqlanıb.
AzVision.az xəbər verir ki, Almaniyanın baş məşqçisi Yoahim Löv 24 futbolçunu milliyə dəvət edəcək.

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya), Bernd Leno (“Bayer”)

Müdafiəçilər: Mats Hummels, Coşua Kimmix (hər ikisi “Bavariya”), Yonas Hektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Antonio Rüdiger (“Roma”, İtaliya), Niklas Süle, Sebastian Rudi (hər ikisi “Hoffenhaym”)

Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Əmrə Can (“Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Sami Xedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya), Məsut Özil (“Arsenal”, İngiltərə), Andre Şürrle, Yulian Vayql (hər ikisi “Borussiya”, Dortmund)

Hücumçular: Mario Qomes (“Volfsburq”), Tomas Müller (“Bavariya”), Leroy Sane (“Mançester Siti”, İngiltərə), Lukas Podolski (“Qalatasaray”, Türkiyə), Timo Verner (“Leyptsiq”)

Bu arada DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Qapıçılar: Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Aqil Məmmədov (AZAL)

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov (hər ikisi “Qəbələ”)
Yarımmüdafiəçilər: Ruslan Abışov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev (hər ikisi “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Eddi İsrafilov (“Kadiz”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”), Əfran İsmayılov (“Qarabağ”)

Hücumçular: Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Jilina”, Slovakiya), Renat Dadaşov ("Ayntraxt”, Almaniya), Dəniz Yılmaz (“Bursaspor”, Türkiyə)

Qeyd edək ki, martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Eldar Əlvanoğlu
AzVision.az

Teqlər: