52 yaşlı narkoman tutuldu

52 yaşlı narkoman tutuldu
  27 Avqust 2013    Oxunub:1045
Bakının Xətai rayonunda külli miqdarda narkotik maddəi dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, avqustun 26-da Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayon sakini, 52 yaşlı, əvvəllər məhkum olunmuş Talıb İbrahimov saxlanılıb. Onun üstündən 3 ədəd bağlamada ümumi çəkisi 10 kq-dan çox olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
T.İbrahimov polisə verdiyi ifadəsində bildirib ki, o, narkotik maddəni Hövsan qəsəbəsində, yaşadığı evin həyətyanı sahəsində əkib və aqrotexniki qaydalara uyğun kultivasiya edərək becərib. Bir neçə gün əvvəl isə marixuananı dəniz kənarında kimsəsiz ərazidə qurudub.

Sonda isə narkotik maddəni satmağa apararkən polis əməkdaşları tərəfindən yaxalanıb.

Qeyd edək ki, Talıb İbrahimovun həyatyanı sahəsinə də baxış keçirilib. Ərazidə marixuananın becərildiyi yer aşkar edilməklə yanaşı, oradan toxumlar və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti