Bakıda yeni yol salınır

Bakıda yeni yol salınır
  27 Avqust 2013    Oxunub:1201
Bakıda Zabrat-Pirşağı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis"ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, yenidənqurma işlərinə başlanılan mövcud yolun uzunluğu 9 km, eni isə 7 m təşkil etməklə iki hərəkət zolağından ibarətdir. Layihə üzrə yolun 4 hərəkət zolağına uyğun yenidən qurulması nəzərdə tutulur.

Mətbuat xidməti rəhbəri qeyd edib ki, hazırda ərazidə işlər sürətlə davam edir. İşlərin bu ilin payız aylarında yekunlaşdırılması planlaşdırılır.(trend)



Teqlər:





Xəbər lenti