ABŞ-da məhbuslar qiyam qaldırdı

ABŞ-da məhbuslar qiyam qaldırdı
  16 Mart 2017    Oxunub:1343
ABŞ-ın Kaliforniya ştatında həbsxanalardan birində qiyam baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 6 həbsxana əməkdaşı yaralanıb.

Məlumata görə, həbsxananın yeməkxanasında məhbuslardan biri nəzarətçiyə hücum edib. Daha sonra 30-dək məhbus həbsxana əməkdaşlarına zərbələr endirməyə başlayıb. Polis qiyamçılara qarşı bibər qazından istifadə edib.

Qiyamın çox keçmədən qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması haqda məlumat verilməyib.

AzVision.az



Teqlər: ABŞ   Həbsxana   Qiyam  





Xəbər lenti