Mollalar da imtahan verəcək

Mollalar da  imtahan verəcək
  27 Avqust 2013    Oxunub:1268
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) gələn aydan Azərbaycanda attestasiyadan keçməyən mollalar üçün imtahan keçirəcək.
Bunu QMİ-nin Fitva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadə salamNews-a bildirib.

O deyib ki, bu işin icrasına 2011-ci ildən başlanılıb. Həmin ildən bu günədək Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və bir sıra digər rayonlarda mollalar imtahan veriblər və onların müəyyən hissəsi attestasiyadan keçib:

`Bu işin icrası uzun müddət idi dayandırılmışdı. Buna baxmayaraq, yaxın 15 gündə, yəni sentyabrın 10-dan sonra attestasiyadan keçməyən mollalar da imtahan verəcəklər`.

O, bu imtahanların konkret hansı rayonlarda keçirilməsinin QMİ-nin iclasından sonra müəyyənləşəcəyini söyləyib.


Teqlər:





Xəbər lenti