Bakıda 17 yaşlı qızın qeyri-adi ölümü

Bakıda 17 yaşlı qızın qeyri-adi ölümü
  26 Avqust 2013    Oxunub:1643
Fövqəladə Hallar Nazirliyi Bakıda 17 yaşlı qızın 8-ci mərtəbədən yıxılaraq ölməsi ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən yıxılaraq yaxınlıqdakı üçmərtəbəli binanın damına düşüb.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

1996-cı il təvəllüdlü Sevinc Sadiq qızı Musayevanın cəsədi xilasedicilər tərəfindən damdan endirilərək aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti