Terrorçular hospitala hücum etdi - 30 ölü, 50 yaralı (YENİLƏNİB)

Terrorçular hospitala hücum etdi - 30 ölü, 50 yaralı (YENİLƏNİB)
  08 Mart 2017    Oxunub:16659
İŞİD terror təşkilatı Əfqanıstan paytaxtında hərbi hospitala hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Əfqanıstanın paytaxtı Kabil şəhərində hərbi hospitala hücum nəticəsində ölənlərin sayı 30 nəfəri keçib. AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum nəticəsində 50-dan artıq insan yaralanıb.

Həmçinin qeyd edilib ki, Əfqanıstan təhlükəsizlik qüvvələri saatlarla davam edən atışmadan sonra hərbi hospitala hücum edən silahlıların hamısını zərərsizləşdirilib.

***
AzVision.az xəbər verir ki, hospitalda olan silahlılardan ikisi hələ də müqavimət göstərir.

Silahlıların hücumu nəticəsində ölü və yaralıların da sayı artır. Ən son məlumatlara görə, terror aktı nəticəsində 4 nəfər ölüb, 66 nəfər yaralanıb.

***
10:22

Bu gün səhər saatlarında Əfqanıstan paytaxtında güclü partlayış olub.


AzVision.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış ABŞ səfirliyi yaxınlığındakı hərbi hospitalda olub.

Yerli mətbuat 4 silahlının hospitala daxil olduğunu, beşinci silahlının hospitalın giriş qapısında üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partlatdığını yazıb.

Hücum nəticəsində ən azı bir xəstə və bir hospital əməkdaşı ölüb. Hələ hücuma görə heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

AzVision.az


Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti