WikiLeaks Mərkəzi Kəşfiyyat İdarəsinin sirlərini yaymağa başladı

WikiLeaks Mərkəzi Kəşfiyyat İdarəsinin sirlərini yaymağa başladı
  08 Mart 2017    Oxunub:7776
Qalmaqallı WikiLeaks saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin minlərlə məxfi sənədini ələ keçirib və bu gündən etibarən yaymağa başlayıb.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, sənədlərin yayılmasının başlamasını hazırda Londondakı Ekvador səfirliyində sığınacaq alan Culian Assanc keçirdiyi mətbuat konfransında elan edib. Assanc jurnalistlərlə Facebook və Periscope ilə əlaqə yaradıb, mətbuat konfransı başlamazdan əvvəl hakerlər onun hesabına hücum edərək yayımı dayandırmağa çalışıblar.

Buna baxmayaraq sayt Mərkəzi Kəşfiyyat idarəsinin ələ keçirilmiş sənədlərinin ilk partiyasını yayıb. Bu, Amerika kəşfiyyatının tarixində ən irimiqyaslı informsiya sızmasıdır. Birinci partiyada MKİ-nin Lenglidəki qərargahının təcrid olunmuş lokal şəbəkəsindən ələ keçirilmiş 8.7 mindən çox sənəd yayılacaq. Sayt bildirir ki, ələ keçirilən sənədlər Mərkəzi Kəşfiyyatın haker proqramlarının mövcudluğunu və bu proqramların Apple və GOOGLE, OC Windows smartfonlarına, habelə “Samsung” smart televizorlarına müdaxilə üçün istifadə olunur.

Məxfi sənədlərkin ilk partiyasından məlum olur ki, Mərkəzi Kəşfiyyat İdarəsinin Almaniyanın Frankfurt-Mayn şəhərində haker mərkəzi yerləşir. Məxfi materiallara əsasən Mərkəzi Kəşfiyyatın hakerləri Amerika konsulluqlarında yerləşir və Avropada, Yaxın Şərqdə, Afrikada fəaliyyət göstərir. Mütəxəssislər Almaniyaya diplomat adı altında gəlir.

Yayılan sənədlərdən biri də kibercasuslar üçün təlimatdır. Orada deyilir ki, məxfi haker mərkəzinin əməkdaşları heç bir halda istənilən elektron qurğunu nəzarətsiz buraxmamalıdır. Hakerlərə alkaqol istifadə etməyə icazə verilir, ancaq qaydasında.

AzVision.az


Teqlər: WikiLeaks   Kəşfiyyat  





Xəbər lenti