180 kq ərzaq `gözdən çıxarıldı`

180 kq ərzaq `gözdən çıxarıldı`
  27 Avqust 2013    Oxunub:1198
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakıda və respublikanın bir sıra şəhər və rayonalrında 180 kq-a yaxın saxlama müddəti ötən və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Bu barədə AzVision.az-a nazirlikdən verilən məlumatda bildirilir.

Məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.




Teqlər:





Xəbər lenti