Parlament Ombudsmanın illik məruzəsini qəbul edib

Parlament Ombudsmanın illik məruzəsini qəbul edib
  07 Mart 2017    Oxunub:1340
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnsan haqları üzrə müvəkkilin (Ombudsman) illik məruzəsi qəbul olunub.
AzVision.az xəbər verir ki, məruzə parlamentin bu gün keçirilən plenar iclasında təqdim edilib. Məruzəni Ombudsman Elmira Süleymanova tədqim edib. Bildirilib ki, 2016-cı ildə Ombudsmana 20 minə yaxın müraciət daxil olub. Məruzədə qeyd edilib ki, ötən ildə Müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən 2016-cı ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq plan üzrə və ya plandankənar olmaqla, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə, 337, o cümlədən plan üzrə 254, plandankənar isə 83 başçəkmə həyata keçirilib.

Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 204, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 65, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanası və Müvəqqəti saxlanılma yerinə 4, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 1, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 27, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat , ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərinə 6, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evinə 23, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 5 başçəkmə həyata keçirilib.

Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 691, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 497, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 800-dək saxlanılan şəxslə birlikdə, həmçinin bu müəssisələrdə çalışan 500-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici fərdi söhbətlər aparılıb.

Çıxış edən bəzi deputatlar da məruzəni müsbət qiymətləndiriblər. Məruzə müzakiərlərdən sonra səsə qoyularaq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis   Ombudsman  





Xəbər lenti