Kim Çen Ina görə təcili iclas çağırıldı

Kim Çen Ina görə təcili iclas çağırıldı
  07 Mart 2017    Oxunub:1281
Malayziyanın baş naziri Nəcib Tun Razak ölkənin təhlükəsizlik şurasının təcili iclasını çağırıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Şimali Koreya hökumətinin ölkədəki malayziyalıların getməsinə qadağa qoymasıdır. O, həmçinin Şimali Koreya hakimiyyətini eskalasiyaya yol verməmək üçün Malaziya vətəndaşlarının ölkəni dərhal tərk etməyə imkan yaratması ilə bağlı çağırış edib.

“KXDR-in Malaziya vətəndaşlarını girov saxlaması iyrəncdir. Bu diplomatik normalara və beynəlxalq hüquqa tam hörmətsizlikdir”.

Malayziyanın baş naziri hüquq mühafizə orqanlarına KXDR vətəndaşlarını ölkədən buraxmamaq barədə əmr verib.

Qeyd edək ki, Şimali Koreya hökuməti ölkədəki malayziyalıların getməsinə qadağa qoyub. Buna səbəb isə ötən ay Koreya Xalq Demokratik Respublikasının Prezidenti Kim Çen Inın ögey qardaşı Kim Yonq – Namın Malayziyada zəhərlənərək öldürülməsi və cənazəsinin geri qaytarılmamasıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Malayziya  





Xəbər lenti