Obama Trampın telefonuna qulaq asırmış

Obama Trampın telefonuna qulaq asırmış
  04 Mart 2017    Oxunub:2170
ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Trampın Ağ evin başçısı postuna seçilməsindən öncə Nyu-Yorkda yerləşən “Trump Tower” göydələninin dinlənilməsini təşkil edib. Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Tramp bu hərəkətin öz alçaqlığına görə “Uoterqeyt qalmaqalına” bərabər olduğunu əlavə edib.

ABŞ-da 1972-ci ildə keçirilən prezident seçkiləri kampaniyası zamanı Demokrat Partiyasının həmin dövrdə “Watergate” yaşayış kompleksində yerləşən mərkəzi ofisində dinləmə qurğusu quraşdırmağa cəhd edən şəxslər həbs olunmuşdu. Bu siyasi qalmaqal 1974-cü ildə Birləşmiş Ştatların prezidenti Riçard Niksonun istefası ilə nəticələnmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti