Obama siyasətə qayıdır

Obama siyasətə qayıdır
  04 Mart 2017    Oxunub:1242
Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama yenidən siyasətə qayıtmağa hazırlaşır.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın sabiq baş prokuroru və Obamanın dostu Erik Holder bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı Obama ilə danışıb və onun razılığını alıb:

" O, artıq hazırdır və gəlir" -deyə Holder bəyan edib. O, qeyd edib ki, Obama Demokratlar Partiyasının Seçici dairələrinin yenidən bölüşdürülməsi komitəsinə (Holderin rəhbərlik etdiyi) kömək etməyə hazırlaşır.

Qeyd edək ki, komitənin fəaliyyəti siyasi qüvvələr nisbətinin süni yolla dəyişdirilməsi məqsədi ilə seçki dairələrinin əsassız olaraq bölünməsi prosesi ilə mübarizəyə yönəlib. Demokratlar hazırkı Ağ Ev rəhbəri Donald Tramp tərəfindən aparılan siyasi kursa müqavimət göstərmək üçün bu yolla öz nüfuzlarını artırmağa ümid edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti