21 yaşlı qızı əmisi öldürdü

21 yaşlı qızı əmisi  öldürdü
  26 Avqust 2013    Oxunub:1046
Bakının Sabunçu rayonunda cinayət hadisəsi törədilib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Zabrat-2 qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Qədirov Yavər Hacı Ağa oğlu, yaşadığı evin həyətində şəxsi münasibətlərin pozulması zəminində öz qardaşı qızı, 11 iyun 1992-ci il təvəllüdlü Qədirova Kubra Hüseyinağa qızını montirovka ilə baş nahiyəsindən vuraraq öldürüb.

Yavər Qədirov Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinə könüllü gələrək təslim olub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır.

Mirvari



Teqlər:  





Xəbər lenti