“Xəzər-Lənkəran-Neftçi” insidentilə bağlı 7 nəfər saxlandı

“Xəzər-Lənkəran-Neftçi” insidentilə bağlı 7 nəfər saxlandı
  26 Avqust 2013    Oxunub:994
Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında baş verən insidentə görə, 7 nəfər saxlanılıb.

Bunu Lənkəran Rayon Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov bildirib.

Polis rəisi qeyd edib ki, hazırda Lənkəran şəhərində və stadionda vəziyyət tam stabildir.

Qeyd edək ki, baş vermiş insidentlə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti