Atambayev Putinin yanında etiraf etdi: “İnqilabları mən etmişəm”

Atambayev Putinin yanında etiraf etdi: “İnqilabları mən etmişəm”
  28 Fevral 2017    Oxunub:2472
"Qırğızıstan bundan sonra normal inkişaf edən ölkə olmalıdır, inqilablara nöqtə qoyulub. Son göstəricilər bizim doğru yolda olduğumuzu göstərir. Ona görə də əgər ölkədə üçüncü inqilab olsa, onda bunu mən etməyəcəyəm"
AzVision.az xəbər verir ki, bunu Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında Qırğızıstan lideri Almazbek Atambayev bildirib.

“Əgər kimsə Qırğızıstanda inqilab edəcəyinə ümid edirsə, mən bu gün deyə bilərəm ki, ölkədə daha əvvəl baş verən hər iki inqilabın lideri Atambayev olub. 2005-ci ildə Ağ Evi tutan dəstə mənim tərəfdarlarım idi. 2010-ci ildə siz xatırlasanız, Qırğızıstanın narazı insanları məhz Atambayevin ofisi önündə yığışırdılar.”, - deyə Atambayev vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   Atambayev  





Xəbər lenti