Putin və Atambayev infeksion xəstəliklərə qarşı

Putin və Atambayev infeksion xəstəliklərə qarşı
  28 Fevral 2017    Oxunub:1402
Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin və Almazbek Atambayev Bişkekdə ikitərəfli əməkdaşlıq haqqında bir sıra sənədlər imzalayıb.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, prezidentlər həm təkbətək, həm də geniştərkibli görüşlər keçiriblər.

Dövlət başçıları görüşün yekunlarına dair birgə bəyanat imzalayıblar.

Qırğızıstan Səhiyyə Nazirliyi və Rusiya istehlakçı hüquqlarının qorunması və əhalinin rifahının qorunması sahəsinə nəzarət üzrə federal Xidmət arasında infeksion xəstəliklərlə mübarizə sahəsində birgə əməkdaşlıq barədə memorandum imzalanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti