“ABŞ-dakı etirazları Obama təşkil edib” - Tramp

“ABŞ-dakı etirazları Obama təşkil edib” - Tramp
  28 Fevral 2017    Oxunub:949
Ağ Evin nüfuzunu aşağı salan məlumatların mediaya sızdırılmasının arxasında keçmiş prezident Barak Obama və onun ətrafı durur.
Ağ Evin nüfuzunu aşağı salan məlumatların mediaya sızdırılmasının arxasında keçmiş prezident Barak Obama və onun ətrafı durur.

AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində deyib.

Tramp bunun çox ciddi məsələ olduğunu, ABŞ-ın milli təhlükəsizliyinə təsir etdiyini bildirib. O, bu cür xəbər sızdırmaların hələ də davam etdiyini qeyd edib.

Tramp, həmçinin bəyan edib ki, Obama və komandası ABŞ-dakı etirazların təşkili ilə məşğul olub.

Daha əvvəl CNN ABŞ prezidenti Donald Trampın Ağ Ev əməkdaşlarının jurnalistlərlə danışıb-danışmamasını öyrənmək üçün onların mobil telefonlarını yoxlamaq barədə qərar verdiyini yazmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: #Tramp   #Obama   #ABŞ  





Xəbər lenti