Lənkəranda sürücü diri-diri yandı

Lənkəranda sürücü diri-diri yandı
  25 Avqust 2013    Oxunub:963
Lənkəranda avtomobilin yanması nəticəsində bir nəfər xəsarət alıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Zövlə kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus «Kia» markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın zamanı avtomobildə olan sərnişin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi əhali tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti