Ölməmək üçün tüfəngi polisə təslim etdi

Ölməmək üçün tüfəngi polisə təslim etdi
  25 Avqust 2013    Oxunub:965
DİN qardaşı tərəfindən öldürməklə hədələnən şəxsin polisə müraciət etməsi ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumata görə, avqustun 22-də Masallı rayonunun Binə Xocavar kənd sakini Məhərrəm İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün qardaşı Elsəvərin onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələməsini bildirib.

M.İsmayılov qardaşından aldığı «Tula» markalı ov tüfəngini də Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti