Maaşlar artdı - SƏRƏNCAM

Maaşlar artdı - SƏRƏNCAM
  24 Avqust 2013    Oxunub:2048
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılması qərar alınır.

Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev, həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılması qərara alınır.

Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev, həmçinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Feldyeger Xidmətinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara görə, bu qurumların sosial müdafiəsini gücləndirmək məqsədilə aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılması qərara alınır.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti