İğdırdakı qəzada ölənlərdən biri tələbə olub - FOTO

  20 Fevral 2017    Oxunub : 12622
İğdırdakı qəzada ölənlərdən biri tələbə olub - FOTO
Bu gün Naxçıvan-İğdır avtomobil yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində ölənlərdən biri tələbə imiş.

Dünyasını dəyişən Fərhad Fərhadlı Naxçıvan Universitetinin tələbəsi olub. Fərhad Fərhadlı universitetinin 4-cü kursunda Maliyyə ixtisası üzrə təhsil alırmış.

O, Ordubad rayonunun Kotam kəndində doğulsa da, valideynləri Türkiyədə yaşayırmış. Valideynlərinin yanından təhsilini davam etdirmək üçün Naxçıvana dönən Fərhad Fərhadlı faciəli şəkildə dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən şəxslədən ikisi Süleyman Əliyev və Zivər Səfərovadır.



AzVision.az

Teqlər: