İrandan sərt ittiham: `ABŞ İŞİD-i silahlandırır`

İrandan sərt ittiham: `ABŞ İŞİD-i silahlandırır`
  18 Fevral 2017    Oxunub:1903
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ və müttəfiqlərini terrorçu qruplaşmaları, o cümlədən İŞİD-i silahlandırmaqda ittiham edib.
AzVision.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.

İranlı nazir deyib: “Səhv addımlar lap əvvəlldən atılıb. Amma ən böyük səhv təkcə Suriya üçün deyil, bütün dünya üçün təhlükəli olan terror qruplaşmasını silahlandırmaq idi. İŞİD-i silahla təchiz edən şəxslər vaxtı ilə Səddam Hüseyn və “Əl-Qaida”-nı silahlandırırdılar”.

Onun sözlərinə görə, terrorçu qruplaşmalara maliyyə və digər yardımlarla yanaşı, İŞİD-ın yaranma səbəblərindən biri də xarici kontingent tərəfindən hökumətin iradəsinə zidd olaraq ərəb ölkələrinin ərazilərinin işğalı olub:

“Mən hesab edirəm ki, hökumətin iradəsinə zidd olaraq ərəb ölkələrinin ərazisində xarici qoşunların olması buna etiraz edən gənclərin ekstremistlər tərəfindən öz sıralarına cəlb etməsinə sövq edir. Nəticədə yeni yaraqlılar yaranır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti