Gerasimov və Danford Bakıda razılığa gəldi - Görüşün detalları

Gerasimov və Danford Bakıda razılığa gəldi - Görüşün detalları
  17 Fevral 2017    Oxunub:11694
ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda görüşü olub.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən Rusiya və ABŞ Baş Qərargah rəisləri Bakıdakı görüşdə gərginliyin azaldılması, risklərin qarşısının alınması ilə bağlı birgə ölçü götürmək barədə razılığa gəliblər.

Bildirilib ki, görüşdə hərbi fəaliyyətin təhlükəsizliyinin yaxşılaşdırılması, gərginliyin və risklərin azaldılması üçün birgə iş istiqamətləri müəyyənləşdirilib.

"ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov ABŞ-Rusiya arasında hazırki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Əlaqələrin davam etdirilməsinə dair razılıq əldə ediblər"-deyə məlumatda bildirilib.



AzVision.az


Teqlər:  





Xəbər lenti