ABŞ-ın Baş Qərargah rəisi Bakıdan Türkiyəyə gedəcək

ABŞ-ın Baş Qərargah rəisi Bakıdan Türkiyəyə gedəcək
  16 Fevral 2017    Oxunub:2781
Suriyada Türkiyə ordusu tərəfindən həyata keçirilən “Fərat qalxanı” əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib. Onun sözlərinə görə, Əl-Babda nəzarət tamamilə ələ keçirilib, ərazidə təmizlik işləri aparılır.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun sabah Türkiyəyə səfər edəcəyini deyən nazir bildirib ki, ABŞ Türkiyəyə PKK ilə mübarizədə yardım göstərəcək.

Qeyd edək k, Cozef Danford Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov ilə görüş keçirmək üçün Azərbaycana gəlib. O, hazırda Bakıdadır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti