`Əslində, biz İŞİD-i vururduq` - Rusiyadan Türkiyəyə cavab
AzVision.az xəbər verir ki, Gerasimov türkiyəli həmkarı Hulusi Akara zəng edərək başsağlığı verib. Bildirib ki, türk hərbçilərinə hücum səhvən olub.
Baş Qərargah rəisi “əslində biz İŞİD-i vururduq” deyərək məsələyə münasibət bildirib.
Qeyd edək ki, Suriyanın Əl-Bab bölgəsində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus qırıcı təyyarə səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub.
Səhvən edilən hücum nəticəsində 3 türk hərbçi həlak olub, biri ağır olmaqla, 11 hərbçi yaralanıb.
AzVision.az