Kabildə terror zamanı 12 nəfər ölüb

Kabildə terror zamanı 12 nəfər ölüb
  07 Fevral 2017    Oxunub:1801
Əfqanıstanın paytaxtı Kabil şəhərində Ali Məhkəmə binasının yaxınlığında terror aktı törədilib.
AzVision.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 12 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Terror aktı binanın qarşısındakı avtomobil dayanacağında törədilib. Hadisə ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti