Milli Şura bu gün toplaşacaq

Milli Şura bu gün toplaşacaq
  23 Avqust 2013    Oxunub:925
Milli Şuranın avqustun 26-da keçirilməsi planlaşdırılan sessiyasının vaxtı üç gün qabağa çəkilərək, avqustun 23-nə təyin olunub.
E.Namazov dünən gənclər təşkilatlarının sədrləri və Milli Şuranın komissiyalarının rəhbərlərilə görüşüb. Görüşdə onlar MŞ-nin sessiyasının tezləşdirilməsini israrla xahiş ediblər. O da öz növbəsində bu barədə Milli Şuranın təsisçisi olan 6 partiyanın liderlərilə məsləhətləşib. Beləliklə, MŞ-nin növbəti sessiyasının bu gün saat 16:00-da, Müsavat Partiyasınını qərargahında keçirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, bu gün Milli Şuranın 17 üzvü xüsusi bəyanatla çıxış edib. Onlar məhz sessiyanın gecikdirilməsinə və ehtiyat namizədin seçilməsi qərarına qarşı çıxan Milli Şura üzvlərinə etiraz edirdilər.


Teqlər:  





Xəbər lenti