Oğul atasını yandıraraq öldürdü - Bakıda dəhşətli olay

Oğul atasını yandıraraq öldürdü - Bakıda dəhşətli olay
  01 Fevral 2017    Oxunub:2305
Bakıda oğul 81 yaşlı atasının üstünə benzin töküb yandırıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hadisə fevralın 1-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini İlyas Mehdiyev evində münaqişə zəminində atası - 81 yaşlı İmdad Mehdiyevin üzərinə benzin tökərək yandırıb. İ.Mehdiyev hadisə yerində ölüb, evin yanar konstruksiyaları isə yanıb.

İ.Mehdiyev könüllü 14-cü PB-yə gələrək istintaqa təslim olub. Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti