Elnur Məcidli :`Müxalifət 20 illik məğlubiyyətindən dərs almayıb`

Elnur Məcidli :`Müxalifət 20 illik məğlubiyyətindən dərs almayıb`
  22 Avqust 2013    Oxunub:1254
Azərbaycanlı jurnalist, bloqqer, siyasi fəal Elnur Məcidli facebook profilində Milli Şuranı tənqid edib. O bildirib ki, Milli Şuranın yalnış addımları bir daha göstərdi ki, müxalifət son 20 illik fəaliyyətindən və məğlubiyyətlərdən dərs almayıb.

Deyirəm yazmayım, ancaq olmur.

Milli Şura qurulanda yaranmış ümidlərin bu gün puç olmasının məsuliyyətini hazırkı müxalifət daşıyır.

Edilən səhvlər müxalifətin son 20 illik fəaliyyətindən və məğlubiyyətlərdən dərs almadığını göstərir.

Siyasi ambissiyalar prinsiplərdən öndə gəlirsə burada ancaq uğursuzluqdan danışmaq olar.

İllərdir əsas rəqibi bir kənara qoyaraq, yeri gələndə əsas rəqiblə əlbir olaraq bir-birinə qarşı siyasi qısqanclıq nümayiş etdirənlər məğlub olmağa layiqdilər.

1. Rüstəm İbrahimbəyovun namizədliyində inadkarlıq və tələskənlik ciddi siyasi səhv idi.

Rüstəm bəy ölkədən kənarda nə qədər tanınmış fiqur idisə, ölkə daxilində sıravi insanlar onu bir o qədər tanımırdı.

Rüstəm bəyin namizədliyi ona görə əhəmiyyətli ola bilərdi ki, onun beynəlxalq arenada tanınmışlığı siyasi kapitala çevrilsin və müxalifətə beynəlxalq dəstəyi qazandırsın, lakin bu baş vermədi.

REAL - Respublikaçı Alternativ lideri Ilgar Mammadovun beynəlxalq qurumlarla münasibəti və əlaqələri görkəmli rejissordan daha yüksək səviyyədə idi, lakin bu onun həbs olunmasının qarşısını almadı və azadlığa buraxılmasına kömək etmədi.
Buna görə də siyasi prosesləri düzgün oxumaq və təhlil etmək lazımdı.

Həmçinin Ilham Aliyevin Avropa Komissiyasının (European Commission) prezidentiJosé Manuel Barroso ilə görüşünü və bunun ardınca planlanmış Russia prezidenti Vladimir Putin (Владимир Путин)in Azərbaycana səfərini doğru dəyərləndirmək və buna görə addım atmaq lazım idi.

2. Milli Şuranın vahid namizədi ən başdan Mehman Əliyev və yaxud Cəmil Həsənli ikilisindən birinin olması indi vəziyyəti daha müsbətə doğru dəyişə bilərdi.

3. Ehtiyat namizəd söhbəti isə sadəcə ciddiyyətsizlikdi. Bəylər
ps. Yazacaq çox şey var, hələki bununla kifayətlənirəm.


......
Milli Şura kimi tarixi dəyərlərə söykənən bir markanın adını batıranlar, xalqı ümidsizlik burulğanına buraxanlar siyasi iflas etməyə məhkumdular.

Mənzərə artıq aydındır.

Rusiya Milyarderlər İttifaqını quraraq qərblə münasibətlərini normallaşdırmaqda olan Azərbaycan hakimiyyətinə siyasi təzyiq yolunu seçdi.

Bu ittifaq və bu ittifaqa bağlı adamlar müəyyən müddət Rüstəm İbrahimbəyovun namizədliyində maraqlı oldular.

Lakin sonradan məlum oldu ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı var.

Əslində sonradan məlum olunan əvvəlcədən bilinən və planlaşdırılan idi.

Beləcə müxalifətin vahid namizədi seçilən Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxma məsələsi Putinin qələminin ucunda idi.

Putin Bakıya səfər etdi, hakimiyyət Rusiyaya müəyyən güzəştlər etməyə məcbur oldu.

Putin uzun müddətdir Azərbaycan hakimiyyətindən qoparda bilmədiyi imtiyazları bu dəfə Milli Şuranın əliylə aldı.

Qısaca hakimiyyətin Rusiyaya güzəştə məcbur olmasında müxalifətin də rolu oldu, daha doğrusu müxalifət bəlkə də özünün xəbəri olmadan, siyasi bacarıqsızlığı ucbatından bu prosesdə Rusiyanın aləti oldu.

Milli Şura iki ölkə arasında alver predmetinə çevrilməsini görmək acınacaqlı idi və bu qurumun yeganə missiyası da bəlkə elə bu idi.

İndi isə dağılmağa məhkumdur - Milli Şuranın vahid namizədi Bakıya gəlmədi, Moskvada qalmağı üstün saydı, başqa namizəd təklif etdi.

Oyun isə hələ qurtarmayıb.

Rusiyaya milyardlarla dollar həcmində müxtəlif layihələri verməyə məcbur olan hakimiyyət seçkidən sonra bunun acığını mütləq müxalifətdən çıxacaq.

Buna da hazır olun.


Teqlər:  





Xəbər lenti