Toy karvanı qəzaya düşdü- 45 ölü, 24 yaralı

Toy karvanı qəzaya düşdü- 45 ölü, 24 yaralı
  29 Yanvar 2017    Oxunub:2243
Madaqaskarın Andjozorob şəhərində yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində 45 nəfər həlak olub, 24 nəfər xəsarət alıb.

TASS informasiya agentliyi xəbər verir ki, Andjozorob şəhər merinin sözlərinə görə, təxminən 70 nəfəri daşıyan avtomobil Mananar çayının üstündəki körpüdən aşıb.

Merin sözlərinə görə ölənlərdən 9-u uşaq, 27-si qadındır. Həlak olanların əksəriyyəti suda boğulub. Ailə quranlar da hadisə zamanı maşında olub.

AzVision.az


Teqlər:





Xəbər lenti