Ruhani və Zukerberq də Trampa etiraz etdi

Ruhani və Zukerberq də Trampa etiraz etdi
  28 Yanvar 2017    Oxunub:2129
11 “Nobel” mükafatı laureatı və minlərlə məşhur alim ABŞ prezidenti Donald Trampın qaçqınlar haqda fərmanını tənqid edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, alimlər hətta Trampın fərmanına qarşı petisiya imzalayıblar. Petisiyaya gələcəkdə ABŞ-da keçiriləcək konfransları və elmi qurultayları boykot edə biləcək xarici akademiklərin də qoşulması ehtimalı var.

“Facebook” sosial şəbəkəsinin sahibi Mark Zukerberq də Trampın fərmanına etiraz edib. O, qeyd edib ki, ABŞ köçkün millətlərdən ibarətdir və bununla fəxr etməlidir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani də Trampın miqrasiya siyasəti və Meksika ilə sərhəddə divar tikmək barədə fərmanına müansibət bildirib: “İndi millətlər arasında divar tikmək vaxtı deyil. Onlar Berlin divarının neçə il əvvəl uçurulduğunu unudublar?. Divarları yığışdırmaq lazımdır, onlar xalqları bir-birindən ayırır”.

Qeyd edək ki, son günlər Birləşmiş Ştatların prezidenti miqrasiya siyasətini sərtləşdirən üç fərman imzalayıb. Donald Tramp yanvarın 27-də mühacir qəbulunu 120 gün müddətinə dayandıran, Suriya qaçqınlarını yerləşdirməyi qeyri-müəyyən vaxta qədər qadağan edən və ölkəyə bəzi giriş qaydalarını sərtləşdirən fərmanı təsdiqləyib. Tramp imzalanma mərasimində bundan sonra ölkəni “xarici terrorçulardan” qorumaq üçün qaçqınların seçiminin “ekstremal” olacağını da qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti