Əbülfəs Qarayevin qəbuluna tələsin

Əbülfəs Qarayevin qəbuluna tələsin
  22 Avqust 2013    Oxunub:1024
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qobustan şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul avqustun 30-da saat 11:00-da Qobustan şəhərindəki Qobustan İdman Kompleksində olacaq.

Qəbulda Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ, Kürdəmir rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin müvafiq şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.


Teqlər:





Xəbər lenti