`Xəstələrin qana olan ehtiyacı tam ödənir`

`Xəstələrin qana olan ehtiyacı tam ödənir`
  22 Avqust 2013    Oxunub:1163
Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.
AzVision.az xəbər verir ki, bu sözləri yap.org.az saytına müsahibəsində səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə 2012-ci ilin yanvar ayının 1-dən qan xidmətində çalışan işçilərin maaşları 2 dəfə artırılıb.

`Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Qan xidməti sahəsində köklü dəyişiklərə təkan verən dövlət proqramı qəbul olunub, qan xidməti müəssisələrinin şəbəkəsinin optillaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşir`.


Teqlər:  





Xəbər lenti